Xalq artisti: "Məni seriallara dəvət etmirlər” GİLEY

Xalq artisti: "Məni seriallara dəvət etmirlər” GİLEY

"Çox sevinirəm ki, ölkəmizdə seriallar çəkilir. Ancaq təəssüf ki, məni seriallara dəvət etmirlər". Bunu SİA-ya açıqlamasında xalq artisti Hacı İsmayılov söyləyib.

Bildirib ki, hazırda teatrda tamaşalara hazırlaşır: "Bir neçə tamaşa üzərində işləyirəm. "Mənim günahım", həmçinin "20:15 qatarı" pyesinin məşqləri gedir. Bu iki tamaşaya görə məşğulam. Ona görə də təklif gələrsə bəlkə də çəkilməyə imkan olmayacaq. Çünki həm də Teatr Xadimləri İttifaqının sədr müaviniyəm. Bir sözlə həm İttifaqda, həm teatrda fəaliyyətimi davam etdirirəm. Zamanım məhduddur".

Bütün xəbərlər Facebook səhifəmizdə