Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində dahi bəstəkar Qara Qarayevin 97 illiyi ilə əlaqədar ənənəvi olaraq xatirə gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirin əvvəlində Q.Qarayevin çoxşaxəli həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada bu dahi sənətkarın musiqi dühasının sehrinə "Yeddi gözəl", "İldırımlı yollarla" baletlərindən, "Leyli və Məcnun" simfonik poemasından xəbərsiz olsun.
Sonra Q.Qarayev haqqında qısametrajlı film nümayiş olunub və əsərlərindən ibarət musiqi proqramı təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB