“Teatr uşaqların gözü ilə”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin "Günəş" rəsm studiyası üzvlərinin iştirakı ilə "Teatr uşaqların gözü ilə" mövzusunda görüş keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, görüşün məqsədi uşaqların estetik zövqünün yüksəldilməsi, onların teatra olan marağının artırılması və teatrın rəssamlıq sənəti ilə sıx bağlı olduğunu göstərməkdir.

Əvvəlcə uşaqlar teatrın səhnəarxası fəaliyyəti ilə tanış olublar.

Onlara qrim sexində qrimlərin, tikiş sexində tamaşalar üçün geyimlərin hazırlanması barədə məlumat verilib.

Sonra dərnəyin üzvləri səs rejissorunun iş otağında, geyimlərin saxlandığı otaqlarda, məşq zalında, butoforda, teatrın dekorasiyaları hazırlanan rəsm sexində və tamaşaçı zalında olublar. Qrim ustalarının, modelyer-rəssamların işləri, dekorasiyaların hazırlanması uşaqların marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə