Səməndər Rzayevin 70 illik yubileyi keçiriləcək

Səməndər Rzayevin 70 illik yubileyi keçiriləcək

Görkəmli teatr və kino aktyoru, əməkdar artist Səməndər Mənsim oğlu Rzayevin 11 fevral tarixində Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xatirə gecəsi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, o, 1945-ci ildə Bakı şəhərində anadan olub, 1964 -1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb.

Yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayan S.Rzayev burada Xacə Nizam, Knyaz, İbn Yəmin ("Xəyyam", "Knyaz", "İblis", H.Cavid), Hətəmxan ağa ("Müsyö Jordan və dərviş Məstəlişah", M.F.Axundzadə), Vaqif ("Vaqif", S.Vurğun), Valentin, Fazil Küleyni ("İnsan", "Dəli yığıncağı", C.Məmmədquluzadə), Balaxan ("Aydın", C.Cabbarlı), Əmir İnanc ("Qılınc və qələm", M.Ordubadi), SezarRupf ("Böyük Romul", F.Dürrenmatt), Bessemenov ("Meşşanlar", M.Qorki), Qulamov ("Müdriklər", A.Ostrovski), Kapitan ("Küləklər", S.Rəhman), Doqberi, Kaliban ("Heç nədən hay-küy", "Fırtına", U.Şekspir), Qənimət, Muradov, Vahid ("Məhv olmuş gündəliklər", "Qəribə oğlan", "Bağlardan gələn səs", İ.Əfəndiyev), İkinci Reşad, Əmir ("İkinci səs", "Fəryad", B.Vahabzadə), Mazar bəy ("Közərən ocaqlar", M.İbrahimov), Tərlan ("Sənsiz", Ş.Qurbanov), Bəhram, Xudayar bəy, Eldar ("Şəhərin yay günləri", "Sizi deyi b gəlmişəm", "Sən yanmasan...", N.Xəzri), Beryozin ("Daşqın", A.Safronov) kimi rollarda çıxış edib.

S.Rzayev teatr fəaliyyəti ilə yanaşı "Evləri köndələn yar" televiziya tamaşasında, "Babamın babasının babası", "Od içində", "Babək", "Bəyin oğurlanması" və başqa bədii filmlərdə çəkilib.

Sənətdə qazandığı uğurlara görə S.Rzayev "Əməkdar artist" fəxri adı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə