Nizami Kino Mərkəzində “Yupiterin yüksəlişi” FOTO

Nizami Kino Mərkəzində “Yupiterin yüksəlişi” FOTO

Nizami Kino Mərkəzində fevralın 05 –dən etibarən "İmitasiya oyunu" və "Yupiterin yüksəlişi" filmlərinin nümayişinə başlanıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Oskar" mükafatının səkkiz nominasiyası üzrə qiymətləndirilən "İmitasiya oyunu" filmi Böyük Britaniya və ABŞ kinematoqrafçılarının istehsalıdır. Triller və hərbi-bioqrafik dram janrında olan bu filmi Qrem Murun ssenarisi əsasında rejissor Morten Tildum çəkib.

"İmitasiya oyunu" filmi İkinci Dünya Müharibəsi dövründə ingiltərəli məntiqi riyaziyyatçı Alan Tyurinqin Eniqma kodunun sındırılmasında yardım göstərməsindən bəhs edir.

Filmdə baş rollara Benedikt Kamberbetç, Kira Naytli, Metyu Qud, Rori Kinner, Allen Liç, Metyu Bird, Çarlz Dens, Mark Stronq, Ceyms Nortkot, Tom Qudman -Xill və başqaları çəkilib.

Ssenari müəllifliyi və rejissorluğu Endi və Lana Vaçovskilərə aid olan "Yupiterin yüksəlişi" filmi fantastika , fentezi, döyüş və məcara janrında çəkilib.

Aylı- ulduzlu gecədə dünyaya gələn Yupiter Consun böyük xaruqələr yaradacağına bütün işarətlər var idi. Böyüdükdən sonra xadimə işləyən Yupiter hər gecə yuxuda ulduzlu səma görsə də, səhər sərt reallıqla üzləşirdi. Şəxsi həyatında da, Keynlə qarşılaşmadan əvvəl, maraqlı heç nə yox idi. Keçmiş hərbi ovçu Keynin isə Yer Kürəsinə gəlməkdə məqsədi Yupiteri tapıb onun əsl məramının nə olduğunu başa salmaqdır. Genetik qabiliyyəti sayəsində Yupiter, cahan tarazlığını dəyişə biləcək qədər inanılmaz mirasa iddiaçı olur.

Filmdə, Eddi Redmeyn, Mila Kunis, Çenninq Tatum, Ceyms D Arsi, Şon Bin, Duqlas But, Ququ Mbata – Rou, Tappens Midlton, Terri Gilliam, Şarlotta Bomont və başqaları çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə