Azərbaycan nümayəndə heyəti Minsk Kitab Sərgisində iştirak edəcək
11-15 fevral 2015-ci il tarixində Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçiriləcək beynəlxalq kitab sərgisində ölkəmizin, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil olunması məqsədilə mütəxəssislər və yerli nəşriyyat nümayəndələrindən ibarət heyət Minskə yola düşəcək. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi artıq doqquzuncu dəfədir ki, Minsk sərgisində təmsil olunur. Builki sərgidə Nazirliklə yanaşı, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Hədəf nəşrləri də iştirak edəcəkdir. Sərgi zamanı 200 adda nəşr məhsullarının, habelə çox sayda turizm materiallarının nümayişinin təşkili və 2015-ci ildə paytaxtımızda keçiriləcək İlk Avropa Oyunlarının geniş təbliğatı nəzərdə tutulmuşdur.
Eyni zamanda 11-12 fevral 2015-ci il tarixdə sərgi çərçivəsində baş tutacaq "Yazıçı və zaman" mövzusuna həsr olunmuş ədiblərin beynəlxalq simpozumunda ölkəmizi Belarus Respublikasının informasiya nazirinin şəxsi dəvəti ilə Əməkdar İncəsənət Xadimi, tanınmış şair Çingiz Əlioğlu təmsil edəcək.
Qeyd edək ki, Minsk Kitab Sərgisi, xüsusilə MDB ölkələri arasında nüfuzu, iştirakçı və ziyarətçi sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin təmsil olunması baxımından əlamətdardır. Hər il təşkil olunan sərgiyə təqribən 150 000 ziyarətçi və 40-dan çox ölkədən iştirakçılar gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB