Azərbaycan Dövlət Musiqili Teatrında daha bir yeni tamaşanın məşqlərinə start verilib. Söhbət komediyaları ilə milyonlarla tamaşaçının ürəyini fəth etmiş Sabit Rəhmanın "Əliqulu evlənir" əsərindən gedir. Səhnə əsərinə Azərbaycan Respublikasının Xalq artisti İlham Namiq Kamal quruluş verəcək. Bu haqda SİA-ya İlham Namiq Kamalın özü məlumat verib. Bildirib ki, eyni zamanda tamaşanın liberetto müəllifidir: "İlk növbədə yaratdığı yüksək yaradıcı şəraitə görə teatrımızın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə təşəkkürümü bildirirəm. "Əliqulu evlənir" illər öncə yazılsa da, onda günümüzlə səsləşən bir çox məqamlar var. Mən bu əsərin liberottusunu işləyərkən bütün bunları nəzərə aldım və yeni bir iş ortaya çıxardım".
Qeyd edək ki, tamaşaya musiqini xalq artisti Oqtay Rəcəbov bəstələyib. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeystrləri Yelena və Zakir Ağayevlər, xormeystri Vaqif Məstanovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB