Bu gün Yazıçılar Birliyinin Natəvan klubunda Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi (İLESAM) və Azərbaycan Yazıçılar Birliyinin müştərək əməkdaşlığına dair müqavilə imzalanıb. SİA-nın verdiyi məlumata görə, müqavilədə ədəbiyyat sahəsində hər il ən azı iki əsərin qarşılıqlı tərcüməsi və yayımlanması, "XXI əsr Türkiyə-Azərbaycan Şeir və Hekayə Antologiyası"nın birlikdə hazırlanması, yazıçı və şairlərin ortaq bioqrafik əsərlərinin nəşr edilməsi, ildə bir dəfə növbəli şəkildə Azərbaycanda, sonra Türkiyədə geniş şeir günlərinin keçirilməsi nəzərdə tutulur. Həmçinin qurumlar uşaq ədəbiyyatı sahəsində əməkdaşlıq edəcək, hər iki ölkədə yazarların imza günlərini keçirəcəklər.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid çıxış edərək bu əməkdaşlığın hər iki ölkənin ədəbiyyatı üçün uğur gətirəcəyini və daha da tanınacağının diqqətə çatdırıb.
İLESAM-ın sədri Məhmət Nuri Parmaksız və xalq yazıçısı Anar Rzayev söz alaraq Türkiyədə azərbaycanlı yazarların, həmçinin Azərbaycanda türk yazarların kitabları çıxdığını diqqətə çatdırıblar.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev və İLESAM-ın sədri Məhmət Nuri Parmaksız müqaviləni imzalayıblar.
İmzalanma mərasimində AYB-nin katibləri, İLESAM-ın rəhbərliyində təmsil olunun şəxslər, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət Müşaviri Seyid Əhməd Arslan, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundov və digər qonaqlar iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB