“Vicdanın hökmü” Sumqayıtda

Sumqayıt Musiqili Dövlət Dram Teatrında Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmovun "Vicdanın hökmü" əsəri əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası keçirilib. SİA-nın məlumatına görə, quruluşçu rejissoru, əməkdar artist Namis Şirməmmədovun olduğu "Vicdanını hökmü" tamaşasında əsas rolları Habil Xanlarov, Mətləb Səfərli, Ulduzə Nəsir, Kifayət Burziyeva və Şəhla Məmmədova ifa ediblər.

Qarabağ hadisələrindən, milli vətənpərvərlik ruhunun yüksəldilməsindən bəhs edən tamaşanın premyerasında əsərin müəllifi Hüseynbala Mirələmovla yanaşı, Milli Məclisin Sosial siyasət daimi komitəsinin sədri Hadı Rəcəbli, Sumqayıtdan seçilmiş millət vəkili Musa Qasımlı da iştirak ediblər.

İctimaiyyət nümayəndələrinin də qatıldığı tamaşa böyük anşlaqla qarşılanıb.

Qeyd edək ki, Sumqayıt teatrında yaxın günlərdə bir neçə tamaşanın da premyerası keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə