Mədəniyyət və Turizm Nazirliyi cari ilin 04 - 08 mart tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək "İTB Berlin 2015" və 18 - 21 mart tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək "MİTT 2015" beynəlxalq turizm sərgilərində iştirak edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sərgilərdə Nazirliklə yanaşı Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər bürosu və ümumilikdə 30 turizm şirkəti, 5 mehmanxana təmsil olunacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi 2002-ci ildən etibarən "MİTT, 2004-cü ildən etibarən isə "İTB Berlin" beynəlxalq turizm sərgilərində iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB