Tahir Əmiraslanov: "Vətənpərvərliyimiz cibimizin sərhədində bitir”
"Bakı 2015 Avropa oyunlarında milli mətbəximizin təbliği ilə bağlı təəssüflər olsun ki, hələ ki, bizə heç bir müraciət olunmayıb". Bunu SİA-ya açıqlamasında Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov söyləyib. Bildirib ki, əgər bu məsələ ilə bağlı hər hansı tapşırıq verilsə, böyük məmnuniyyətlə kömək edərik: "Ancaq 2017-ci ildə Türkmənistanda keçiriləcək Asiya oyunlarında iştirak edəcəyik. Onu da deyim ki, milli mətbəximizin ermənilər tərəfindən oğurlanmasının qarşısını almaq üçün müəyyən işlər görürük. Ermənilərin nəşr etdikləri onlarca kitaba cavab verilib. Onların yayımları dayandırılıb. Ermənilərlə mübarizə sadəcə cavablarla bitməməlidir, həmçinin biz Azərbaycan mətbəxini lazımınca təbliğ etməliyik. Hüquqi müstəvidə istənilən kimi işlər aparılmır. Bu cür problemlərin həllinə böyük maliyyə tələb edilir. Bu gün iqtisadi baxımdan Rusiyada vəziyyət heç də yaxşı deyil. Rusiyada nəşr olunan jurnala bizim tərəfimizdən heç bir maddi dəstək olunmur. Lakin buna baxmayaraq, jurnalın hər 10 nömrəsindən birinin 6-8 səhifəsi Azərbaycan mətbəxi haqqındadır. Azərbaycan biznesi Moskvada bu cür jurnallara dəstək vermir. Bizim də o qədər çox vəsaitimiz yoxdur ki, özümüz onları maliyyələşdirək. Bizə ayrılan 180 min manatla heç işçilərimizə normal maaş verə bilmirik. Hesab edirəm ki, şəxsi maraq olmadan heç nə etmək olmaz. Bir sözlə bizim vətənpərvərliyimiz cibimizin sərhədində bitir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB