Fevralın 4-də görkəmli ictimai və musiqi xadimi, müğənni, bəstəkar, xalq artisti, "İstiqlal" ordenli, professor Polad Bülbüloğlunun 70 yaşı tamam olur. SİA-nın verdiyi məlumata görə, yubiley münasibətilə fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Dövlət sifarişi ilə hazırlanan bəstəkarın "Eşq və Ölüm" baletinin premyerası, fevralın 4-də isə Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, balet, müzikl, instrumental, vokal, simfonik, kamera əsərləri, kinofilmlərə, dram tamaşalarına musiqi, mahnı və romanslar yaratmışdır. Polad Bülbüloğlu öz bənzərsiz ifası ilə milli estrada musiqi xəzinəmizi zənginləşdirmişdir. Onun böyük məharətlə ifa etdiyi mahnılar Azərbaycan milli radiosu və televiziyasının qızıl fondunda qorunub saxlanılır.
Fevralın 4-də Heydər Əliyev Sarayında xalq artisti Polad Bülbüloğlunun 70 illik yubileyində SSRİ xalq artistləri İosif Kobzon, Nani Breqvadze, Jurabek Murodov, Rusiyanın xalq artistləri Lev Leşenko, Larisa Dolina, Zaur Tutov, Nikolay Baskov, Lüdmila Rümina, Yuri Antonov, Rusiyanın və Gürcüstanın xalq artisti Tamara Qverdsiteli, Özbəkistanın xalq artisti Fərrux Zakirov, Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, Alsu, Dmitri Malikov, görkəmli mədəniyyət və ictimai xadimlər Mixail Şvıdkoy, Yuli Qusman, Mixail Qusman, Zurab Sereteli, Tahir Salahov, Andrey Dementyev, Düsen Kaseinov, Anatoli İksanov, Yekaterina Rojdestvenskaya və digər mədəniyyət, incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB