Qulu Məhərrəmli: "Bəsit düşüncəyə malik aparıcıların sayı çoxalıb" AÇIQLAMA

Qulu Məhərrəmli: "Bəsit düşüncəyə malik aparıcıların sayı çoxalıb" AÇIQLAMA

Elə televiziya aparıcıları var ki, Azərbaycan rayonları haqqında heç bir informasiyaya malik deyillər. Həmçinin bir neçə gün bundan öncə kanalların birində aparıcılıq edən Sevil və Sevinc bacıları Balakən rayonunun harada yerləşdiyini bilməyiblər. Hətta bacılardan biri cavabında Balakənin Naxçıvanda olduğunu söyləyib.

Bəzi telekanallarda çalışan aparıcılar danışdıqları savadsız kəlimələrlə tamaşaçılarda qıcıq yaradırlar. Belə ki, jurnalist-teletənqidçi Qulu Məhərrəmli SİA-ya açıqlamasında bu cür insanların televiziyaya çıxmadan öncə hazırlaşmaqlarının vacib olduğunu dilə gətirib: "Aparıcı tamaşaçı qarşısında məsuliyyət daşıyır. Onlar danışdıqları hər sözə fikir verməlidirlər. Aparıcının idarə etdiyi verilişdən asılı olmayaraq, onun dünya görüşü olmalıdır. Təəssüf ki, bütün telekanallarımızda bəsit düşüncəyə malik aparıcıların sayı çoxalıb. Aparıcılığa uyğun kriteriyalara cavab verilmir. Bu cür şəxslərin ekrana çıxmasının qarşısını televiziyada məsuliyyət daşıyan şəxslər almalıdırlar".

Qeyd edək ki, Azərbaycanın şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında 923 kvadrat kilometr sahə tutan Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan MR), qərb və cənub-qərbdə Gürcüstan, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir.

Bütün xəbərlər Facebook səhifəmizdə