“Savadlı gənclərimiz – uğurlu sabahımızdır” FOTOLAR

“Savadlı gənclərimiz – uğurlu sabahımızdır” FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakı şəhəri 46 saylı Məktəbdənkənar tərbiyə işi Mərkəzi ilə birgə 2 fevral "Gənclər günü" münasibətilə "Savadlı gənclərimiz – uğurlu sabahımızdır" adlı tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, adıçəkilən Mərkəzdə baş tutan tədbirdə teatrın aktyorları, əməkdar artist Almaz Mustafayeva, aktyorlar Elşən Çarhanlı, Elnur Kərimov, İlham Əsədov, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev iştirak ediblər.

Tədbirdə teatrın aktyorları və Mərkəzin müəllimləri çıxış edərək gəncləri bayram münasibətilə təbrik ediblər.

Tədbirdə teatrın repertuarında olan yazıçı – dramaturq Əli Əmirlinin "Mən səni sevirəm – MSS" tamaşasından bir parça nümayiş etdirilib.

Qeyd edək ki, tədbirin sonunda teatrın əməkdaşları tədbirdə uğurla iştirak etdiklərinə görə Fəxri Fərmanlarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə