Partiya sədri: “Bəzi məşhurlar mədəniyyətimizi çirkaba batırırlar”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin tez-tez mədəniyyət işçiləri, şou-biznes nümayəndələri ilə münaqişələri olur. Bunun səbəbini SİA-ya açıqlamasında partiya sədrinin özü deyib. Bildirib ki, o, cəmiyyətdə baş verənlərə laqeyd yanaşa bilmir: "Bəzi məşhur simalar Azərbaycan mədəniyyətini çirkaba batırırlar. Hər yoldan keçən özünü ağıllı insan kimi təqdim etməyə çalışır. Onu da deyim ki, insanlıqdan xəbəri olmayanlar çıxıb ekrana camaata mənəviyyat dərsi keçirlər. Bəzi yerini bilməyən yaşlı sənətçilər isə ağıllarına gələni söyləyirlər. Hesab edirəm ki, onlar gedib öz sənətləri ilə məşğul olsalar daha yaxşı olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB