Azərbaycan Dövlət "Yuğ" Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin pyesləri əsasında hazırlanmış "Unudulmaz Əfəndi" tamaşası nümayiş olunub. SİA-nın verdiyi məlumata görə, təqdim olunan bir bölümlü tamaşanın quruluşçu rejissoru əməkdar artist Vidadi Həsənov, rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Vüqar Hacıyevdir.
Səhnə əsərində rolları əməkdar artistlər Vidadi Həsənov, Sonaxanım Mikayılova, aktyorlar Amid Qasımov, Könül Cəfərzadə və Vüqar Hacıyev canlandırıblar.
Tamaşanın ideya yükü bir daha göstərir ki, məhəbbət ümidsiz vəziyyətdən belə çıxış yoludur.
Qeyd edək ki, tamaşa böyük maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB