Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ukrayna yazarı Anatoli Krımın eyniadlı pyesi əsasında gənc rejissor ƏR-Toğrulun quruluşunda hazırlanmış "Keçmişdən zəng" tamaşasının premyerası keçirilib. SİA-nın verdiyi məlumata görə, səhnə əsərində rolları əməkdar artist Sevinc Əliyeva (qadın), Rəşad Bəxtiyarov (eynəkli) və Elnar Qarayev (kişi) ifa ediblər.
Pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.
Janrı birhissəli tragikomik virtual oyun kimi müəyyənləşdirilmiş tamaşa üzərində çalışan yaradıcı heyətin əksəriyyətini gənclər təşkil edir.
Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB