Aydın Kazımzadənin 75 illik yubileyi qeyd olunub

Aydın Kazımzadənin 75 illik yubileyi qeyd olunub

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında milli kino sənətimizin görkəmli tədqiqatçısı, kino salnaməmizin öyrənilməsinə böyük töhfələr vermiş, bu işdə müstəsna xidmətləri olmuş kinoşünas Aydın Kazımzadənin 75 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Kinostudiyadan SİA-ya verilən məlumata görə, kino tədqiqatçısı olmaqla yanaşı həm də gözəl pedaqoq olan Aydın Kazımzadə uzun illərdir ki, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində gənc kino mütəxəssislərinin yetişməsində bütün bilik və bacarığını əsirgəmir.

Azərbaycan kinosunun tarixi, kinoda çalışan insanlar haqqında onlarla kitabın müəllifi və "Azərbaycan kino ensiklopediyası"nın tərtibçisi olan Aydın Kazımzadənin 50 ildən artıq kino sahəsində göstərdiyi xidmətlər dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib, Əməkdar incəsənət xadimi fəxri adına, Prezident təqaüdünə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə