"Evdə tək" filmi təqdimata ehtiyacı olmayan komediyalardandır. Bu film televiziyalarda ən çox göstərilən və buna görə də gələn gəlirinə görə Ginnesin rekordlar kitabına düşüb.
Sizlərin bir çoxunuzun bu filmə dəfələrlə baxdığınızı əminliklə söyləyə bilərik. Lakin ehtimal ki, təqdim etdiyimiz bu faktlardan xəbəriniz olmayıb.

2. Qarri rolunu oynayan aktyor Co Peşi filmə daha çox reallıq qatmaq üçün gənc Makoley Kalkinin (Kevin) ondan həqiqətdə də qorxmasını istəyirdi. Bu səbəbdən o, meydanda uşaqla üz-üzə gəlməməyə çalışırdı.

3. Bir dəfə Peşi təsadüfən gənc aktyoru yerə salır. Bu, dələduzların Kevini mismardan asma səhnəsidir. Qeyd edək ki, Qarri (Peşi) "mən onun bütün barmaqlarını bir dəfəyə dişləyəcəm", - deyəndə, həqiqətən də gənc aktyorun barmağını qanayana qədər dişləyibmiş.

4. Kevinin tez-tez baxdığı "Çirkin qəlbli mələklər" filmi əslində mövcud deyil. Bir neçə epizodda çəkilən qansqter səhnəsi xüsusi olaraq bu film üçün səhnələşdirilib.

5. Deniel Sternin (Marvin) üzündəki tarantul həqiqi canlıdır. Hörümçəyi qorxutmamaq üçün Stern ürəkparçalayan qışqırığı ancaq mimika ilə ifadə edib, səs isə sonradan yazılıb

6. Filmin bütün çəkilişləri Çikaqoda həyata keçirilib. Paris aeraportu, əslində Ohara Beynəlxalq aeraportudur. Biznes klass yerli məktəblərin birində basketbol meydançasında dekorasiya edilib. Təhsil müəssisəsinin hövuzu isə Makkalistrlərin evinin suya batmış zirzəmisi kimi uyğunlaşdırılıb.

7. Filmdə Kevinin ailəsinin yaşadığı 3 mərtəbəli möhtəşəm 2012-ci ildə 1,585 milyon dollara satılıb. Bina hazırda turistik müəssisəsidir.

8. Qeyd edək ki, filmdə ilk əvvəl bandit roluna Robert de Niro və Con Lovitça dəvət olunublar, lakin onlar təklifdən imtina ediblər.

9. Filmdə Fuller (qəhrəmanın daim yerini isladan əmisi oğlu) əslində Makoley Kalkinin qardaşı Kirandır.

10. "Talkboy" markalı diktafon xüsusi olaraq film üçün hazırlanan, mövcud olmayan, birdəfəlik, işləməyən rekvizitdir. Lakin filmin fanatları da bu əşyadan çorx istədiklərindən, bir neçə ildən sonra oyuncaq mağazaların piştaxtalarında görünməyə başladı.

11. Marvinin tapdalağı "şüşə" oyancaqlar, əslində konfetdən hazırlanıb. Buna baxmayaran, Stern hər ehtimala qarşı ayaqyalın gəzdiyi səhnələrdə xüsusi rezin geyim geyinirdi.

12. Makolay Kalkin tələlərin yeri barədə xəritəni həqiqətdə də özü çəkibmiş.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB