Xalq artisti: "Seriallar məni qane etmir" AÇIQLAMA

Xalq artisti: "Seriallar məni qane etmir" AÇIQLAMA

"Heç bir səbəb göstərilmədən çalışdığım Sumqayıt Dövlət Dram Teatrından çıxardılar". Bunu SİA-ya açıqlamasında xalq artisti Valeh Kərimov söyləyib: "70 yaşım tamam olduğu üçün məni işdən uzaqlaşdırdılar. Sumqayıt Dövlət Dram Teatrı yarandığı gündən orada işləmişəm. Ömrümü o teatra həsr etmişdim. Yenə də sağ olsunlar. Artıq başqa bölgələrimizdəki teatrlardan təkliflər də alıram. Lakin hələ də onlara heç bir cavab verməmişəm".

Xalq artisti həmçinin seriallara çəkilməməyinin səbəbini açıqlayıb: "2-3 il bundan əvvəl əməkdar artist Tahir İmanovun çəkdiyi "Bir kəndin sevinci" adlı serialda rol almışdım. İndi də bir çox seriallardan dəvətlər gəlir. Lakin seriallar məni qane etmir. Çünki çəkilən serialların ssenariləri tam dolğun və mənalı deyil. Bəzən serialları davamlı olaraq bir ay izləyirik. Lakin hələ də heç bir nəticə yoxdur. Bu da tamaşaçını yorur. Əgər ssenariləri daha yaxşı yazılarsa o zaman seriala çəkilə bilərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə