Bu gün "Kitabevim.az" kitab marketində tanınmış şair, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin "Belə yaxşıdır" kitabının imza günü keçirilib. SİA-nın verdiyi məlumata görə, kitab Azərbaycan Yazıçılar Birliyinin "AYBkitab" layihəsi çərçivəsində işıq üzü görüb.
Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid layihənin oxucular, ədəbiyyatsevərlər üçün əhəmiyyətindən söz açıb. Bildirib ki, bu, müəlliflə oxucular arasında görüş, ünsiyyət üçün daha bir vəsilədir. O, Vaqif Bəhmənlini yeni kitabı münasibətilə təbrik edib.
Layihənin rəhbəri Xəyal Rza hər bir şair üçün imza gününün əlamətdar hadisə olduğunu vurğulayıb: "Vaqif Bəhmənli öz üslubu, ədəbiyyatımızda məxsusi yeri olan şairlərdəndir. Onun fəlsəfi-intellektual şeirləri oxucular tərəfindən hər zaman böyük rəğbətlə qarşılanıb".
Azərbaycan Yazıçılar Birliyi poeziya bölməsinin rəhbəri, Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə və digər çıxış edənlər Vaqif Bəhmənlinin yaradıcılığının məziyyətlərindən, şeirlərindəki poetik məzmunun dərinliyindən söz açıblar.
Qeyd edək ki, sonda çıxış edən müəllif imza gününün təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. O, "Belə yaxşıdı" kitabını imzalayaraq ədəbiyyatsevərlərə təqdim edib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB