AKB üzvlərinin sayı artır

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosunun üzvlərinin sayı artmaqda davam edir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ölkənin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Azərbaycan Konqreslər Bürosunun üzvləri sırasına "Tanay Baku" şirkəti qoşulub.

Mehmanxanaların kosmetik məhsullarla təminatı sahəsində fəaliyyət göstərən "Tanay Baku" şirkəti Büroya tərəfdaş üzv kimi qoşulub.

"Sadi Tanay Collection" brendi 2008-ci ildə İstanbul şəhərində təsis edilib. Dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərən "Tanay" hal-hazırda bir dünya brendidir. Şirkətin əsas prinsipləri qənaətli həllərin tapılması, fərdi dizayn qabiliyyəti, dəqiq və vaxtında çatdırılma vəeyni zamanda etibarlılıq və davamlılıqdır.

Tanay 2008-ci ildə ISO 9001-2000, ISO 10002 Müştəri Məmnuniyyəti sertifikatları, 2012-ci ildə isə ISO 22716 GMP (Yaxşı İstehsalat Təcrübəsi) ilə mükafatlandırılıb.

Ötən ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə məhz Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkənin beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək daxildir.

Bu məqsəd ilə, Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və bütün maraqlı MICE bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.

Qeyd edək ki, yeni qəbulla Büronun üzvlərinin sayı 22-yə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə