Qalina Vişnevskaya konsert verəcək

Moskvada Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzində dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin müəllimi və dostu Sergey Prokofyevə həsr edilən konsert olacaq. SİA-nın verdiyi məlumata görə, proqrama Sergey Prokofyevin 1 nömrəli simfoniyası, "Rommeo və Cülyetta" baletindən süita, 3 nömrəli konsert, violonçel və orkestr üçün konsertino səsləndiriləcək. Konserti tanınmış dirijor Aleksandr Solovyov idarə edəcək.

Nəzərinizə çatdıraq ki, fevralın 6-da baş tutacaq konsertdə fondun təqaüdçüləri və Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin orkestri çıxış edəcək.

Qeyd edək ki, hər il Azərbaycanda əslən Bakıdan olan Mstislav Rostropoviçin adını daşıyan beynəlxalq festivalda iştirak etmək üçün ölkəmizə dünyanın bir sıra nüfuzlu musiqi kollektivləri gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə