Almaniyada ağır xərçəng xəstəliyindən uzun müddətdir ki, müalicə olunan Azərbaycanın tanınmış teleaparıcısı Hacı Nuran Hüseynov vətənə qayıdır. Bu haqda SİA-ya Hacı Nuranın özü məlumat verib. O, bildirib ki, fevral ayında Azərbaycana qayıdır: "Çox sevincliyəm ki, nəhayət vətənimə dönürəm. Artıq 2 ildən çoxdur ki, Almaniyanın Düsseldorf şəhərində yerləşən Uniklinikdə müalicə alırdım. Hələ 5 il ərzində mütəmadi olaraq Almaniyada yerləşən həmin klinikada müalicəmi davam etdirməliyəm. Onu da deyim ki, sağalmağımda mənə kömək olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və vitse prezidenti Leyla xanım Əliyevaya minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, Hacı Nuran Hüseynov 2 ildən çoxdur ki, xərçəng xəstəliyindən əziyyət çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB