Vaqif Səmədoğlu ilə vida mərasiminin vaxtı dəqiqləşdi AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu bu gün səhər saatlarında dünyasını dəyişib. Şairin harada və nə zaman dəfn ediləcəyi haqda SİA-ya AYB-nin sədr müşaviri Rauf Aslanov məlumat verib. Bildirib ki, sözügedən xəbər hər kəsi çox təsirləndirib: "Vaqif Səmədoğlu uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. V.Səmədoğlu bu gün dünyasını dəyişib. Xalq şairi ilə vida mərasimi sabah saat 14:00-da Akademik Milli Dram Teatrında baş tutacaq".
Qeyd edək ki, Vaqif Səmədoğlunun I Fəxri Xiyabanda dəfn ediləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB