“Qobustan” oyunu 54 327 nəfər istifadəçi tərəfindən yüklənilib
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yerli mütəxəssislər tərəfindən "Google Play" tətbiqetməsində Azərbaycanın qədim sakinləri barədə "Qobustan" adlı oyun hazırlanıb. SİA-nın verdiyi məlumata görə, oyun orijinal süjet xətti, çox gözəl dizaynı, personajları və musiqi tərtibatı ilə seçilir.
Statistik göstəricilərə əsasən, bu günə qədər "Qobustan" oyunu 54 327 nəfər tərəfindən yüklənilib. Bununla yanaşı, Youtube vasitəsilə oyuna olan ümumi baxışların sayı 15 588 nəfər təşkil edir.
https://play.gooogle.com/store/apps/details?id=air.az.cartoon.app.qobustan&hl=ru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB