"Son vaxtlar peşə məktəblərində təhsil almağa maraq müəyyən qədər artıb". Bu haqda SİA-ya 11 №-li Bakı Peşə Liseyinin direktoru Camal Axundov söyləyib.
O bildirib ki, peşə məktəbində turizm agenti, Aşbaz, Barmen, bufetçi, ofisiant, Milli park bələdçisi, Dağ-xizək turizm növü üzrə bələdçi, Bərbər və başqa peşələr öyrədilir: "Hazırda sözügedən peşələrə böyük ehtiyac vardır. Əgər şagird öz peşəsini sevərək, ürəklə yanaşırsa o zaman iş tapmaq da rahat olur. Bizdə tədris proqramı 10 aydan ibarətdir. Onun 5 ayını şagirdlər nəzəri təlimlərdə olur, qalan 5 ayda isə həftədə bir dəfə olmaqla praktika keçirirlər. Artıq fevral ayının 17-dən onlar praktikaya gedəcəklər. Həmin praktikada hansı uşaq özünü yaxşı göstərə bilirsə, o zaman onu böyük məmnuniyyətlə orada saxlayıb, işlə təmin edəcəklər. Onu da deyim ki, iyun ayında Bakıda Olimpiyada oyunları keçiriləcək. Bununla əlaqədar olaraq "Sky Cetering" bizimlə müqavilə bağlayıb ki, 54 şagirdimizi onlar hazırlaşdıracaq və olimpiyada da iştirak edəcəklər. Yaxşıları isə özlərində saxlayacaq. Hazırda bir çox məşhur otellərdə çalışan insanlar bizim məktəbi bitirən şagirdlərdir. Turizm agentində də çalışmaq üçün bizdən şagird istəmişdilər. Biz də öz növbəmizdə 4 yaxşı şagirdi turizm agentliyinə göndərdik. Bir sözlə daim şagirdlərə peşələrini dərindən öyrənməyi məsləhət görürük və onlara işlərinin xırdalıqlarını anladırıq. Sadəcə olaraq şagirdlər onlara verilən fürsətdən yaxşı istifadə etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB