Azərbaycan Madriddə turizm sərgisində təmsil olunacaq

Azərbaycan Madriddə turizm sərgisində təmsil olunacaq

Yanvarın 28-dən fevralın 1-dək İspaniyanın paytaxtı Madriddə ənənəvi "FITUR" Beynəlxalq turizm sərgisi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, builki sərgidə Azərbaycanın da iştirakı nəzərdə tutulub.

"FITUR" Avropa ərazisində keçirilən ən mötəbər turizm sərgisi hesab edilir. Hər il bu sərgidə dünyanın 100-dən çox ölkəsi təmsil olunur. Ötən ilki sərgidə 164 ölkədən 120 min nümayəndə iştirak etmişdi və onu 100 minə yaxın adam izləyib. Həmin sərginin işini 7000-dən çox jurnalist işıqlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə