Məlahət İbrahimqızı: "Qadının ən böyük funksiyası onun ana olmasıdır” AÇIQLAMA

Məlahət İbrahimqızı: "Qadının ən böyük funksiyası onun ana olmasıdır” AÇIQLAMA

"Hər bir insan ailə həyatı qurmalıdır. Qadının ailə qurduqdan sonra ən böyük funksiyalarından biri onun ana olmasıdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı söyləyib: "Bəzən qadınlar karyera ardınca qaçırlar və ailə qurmaq kimi böyük məvhumu unudurlar. Əslində iş də insan üçün önəmlidir. Ancaq hər şeydən vacib ailə dəyərləridir, bunu unutmamalıyıq. Hesab edirəm ki, xalqın yaşaması üçün əhalinin sayının çox olması önəmlidir. Əgər uşaqlar, gənclər olmasa, dövlətin də inkişafı ola bilməz. Bəzən ailələr illərcə övlada sahib olmaq arzusu ilə yaşayırlar. Lakin müəyyən səbəblərə görə valideyn ola bilmirlər. Onu da deyim ki, bu gün dünyanı narahat edən ən vacib məsələlərdən biri də ailələrin övlad sahibi olmaq istəməməsidir. Bu da gənc nəslin azalması ilə nəticələnir".

Bütün xəbərlər Facebook səhifəmizdə