Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə mart ayı ərzində İdarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri, uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin rəsm və əl işlərindən ibarət "Bizim olimpiada" adlı festival keçiriləcək. İdarədən SİA-ya verilən məlumata görə, festivalın məqsədi "Bakı - 2015 ilk Avropa Oyunları"nın keçirilməsi ilə əlaqədar istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, onların milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onlara dövlət qayğısının artırılması, təsviri və tətbiqi-dekorativ sənətin inkişaf etdirilməsidir.
Festival Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin , uşaq musiqi və şəhər uşaq incəsənət məktəblərinin şagirdləri arasında keçiriləcək. Festivalda 7-16 yaş qrupu üzrə şagirdlər iştirak edəcəklər.
Nəzərinizə çatdıraq ki, rəsm işləri kağız, kətan və digər materiallar üzərində olmalıdır. Festivalda istənilən texniki üsulda (yağlı boya, quaş, akvarel, pastel, karandaş və s.) çəkilmiş rəsmlər və istənilən materialdan hazırlanmış əl işləri qəbul olunur.
Qeyd edək ki, qalibləri müəyyən etmək üçün mədəniyyət və incəsənət xadimlərindən, peşəkar rəssamlardan ibarət münsiflər heyəti yaradılacaq.
Münsiflər heyəti tərəfindən 10 nəfər rəsm işləri üzrə, 5 nəfər isə əl işləri üzrə qalib seçilərək diplom və mükafatlarla təltif ediləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB