Yazıçı Xeyrəddin Qocanın anadan olmasının 65, yaradıcılığının 45 illiyi münasibətilə yubiley gecəsi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Yazıçılar Birliyinin təşkilati dəstəyi ilə keçirilir.
Yubileyə görkəmli ziyalılar – yazıçılar, elm və sənət adamları, millət vəkilləri, dövlət adamları dəvət olunublar.
Yubiley gecəsində xalq artisti Möhlət Müslümovun bədii rəhbərliyi ilə Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblı, xalq artisti Mələkxanım Əyyubova, əməkdar artistlər Cabir Abdullayev, Təyyar Bayramov, Babək Niftəliyev, xanəndələr Ehtiram Hüseynov, Güllü Muradova, İlkin Əhmədov, Elnarə Abdullayeva çıxış edəcəklər.
Qeyd edək ki, yubiley tədbiri yanvarın 29-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB