Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyində görkəmli bəstəkar, xalq artisti, Şərqdə opera yazan ilk bəstəkar qadın Şəfiqə Axundovanın anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib. Muzeydən SİA-ya verilən məlumata görə, tədbirdə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova, şöbə müdiri Xanım Abdinova bəstəkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə töhfələrindən söz açıblar.
Tədbir "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Əhsən Dadaşov adına "Xatirə" ansamblı və solistləri Orxan Hüseynli, Günay İmamverdiyeva, Zabitə Alıyeva, Sərxan Bünyadzadə və Kamilə Nəbiyevanın ifalarında Şəfiqə Axundovanın mahnılarından ibarət konsert proqramı ilə davam edib.
Qeyd edək ki, bütün çıxışlar bəstəkarın yaradıcılığını əks etdirən muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB