Beynəlxalq turizm sərgisi öz işinə başlayıb

Beynəlxalq turizm sərgisi öz işinə başlayıb

Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT 2015" beynəlxalq turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Regionlarda turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev və Bakı Turizm İnformasiya Mərkəzinin turizm işi üzrə mütəxəssisi Elin Abasov və 8 yerli turizm şirkəti ("Greenwich travel", "Millennium Tourism and Congress", "Gilan tourism", "Regea travel", "Geo travel", "Proxy travel", "Meridian travel", "Vector travel"), 3 mehmanxana ("Rixos Quba Azerbaijan", "Chinar Hotel and Spa Naftalan", "Duzdağ hotel" təmsil olunur) nümayəndələrindən ibarət heyət təmsil olunur.

Bu Sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 72 kv.m-lik stend hazırlanmışdır və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və türk dillərində 15 adda reklam-çap məhsulları ilə təmin olunub.

2003-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on üçüncü dəfədir ki, "EMİTT" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 71 ölkədən 4500-ə yaxın şirkət təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə