Müşfiq Hətəmov: "Kino tariximizdə ilk hadisə idi" AÇIQLAMA

Müşfiq Hətəmov: "Kino tariximizdə ilk hadisə idi" AÇIQLAMA

"2014-cü il Azərbaycan kinosu üçün çox uğurlu il olub". Bunu SİA-ya açıqlamasında "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov söyləyib: "Azərbaycan filmi 52 dövlətdə və 52 Beynəlxalq Film Festivalında iştirak edərək öz kinomuzu layiqincə təmsil etdi. Bu da bizim kino tariximizdə ilk hadisə idi. 2015-ci ildə yeni lazihələrimiz nəzərdə tutulur. Artıq bir neçə film də tamamlanmaq üzrədir. Onu da deyim ki, mart ayının sonlarında xaricdə yaşayan gənc rejissorlarımızın 5 almanax şəklində çəkdikləri film nümayiş olunacaq. Həmçinin may ayının əvvəlində isə tamaşaçılarımıza Elxan Cəfərovun lentə aldığı "Əsgərin şücaəti" bədii filmini təqdim edəcəyik. İnanıram ki, sözügedən filmlər tamaşaçıların marağına və rəğbətinə səbəb olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə