Mədəniyyət və Turizm Nazirliyinin "Yaddaş" sənədli filmlər studiyasında dövlət sifarişi ilə "Milli Qəhrəmanlar" silsiləsindən indiyədək iyirmi sənədli film çəkilmiş, on beş film isə hazırda istehsalın müxtəlif mərhələsindədir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu filmlərdən "Şuşalı şəhid" adlı filmin istehsalı başa çatmaq üzrədir.
Qarabağ müharibəsində Şuşa şəhər özünümüdafiə taborunun komandiri olmuş, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun həyatından və keçdiyi şərəfli döyüş yolundan bəhs edən filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir.
R.Qəmbərovla bağlı xronikal kadrların da yer aldığı filmdə döyüş yoldaşları və müəllimləri qəhrəman haqqında xatirələrini bölüşür, onun igidliyindən və göstərdiyi şücaətlərdən söhbət açırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB