Azərbaycan və Türkiyə turizm sənayesinin nümayəndələrinin görüşü keçirilib

Azərbaycan və Türkiyə turizm sənayesinin nümayəndələrinin görüşü keçirilib

Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyənin nüfuzlu turizm təşkilatı olan TÜRSAB-ın birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə turizmşirkətlərinin və mehmanxanalarının 100 nəfərə yaxın nümayəndələrinin iştirakı ilə təqdimat və ikitərəfli biznes görüşləri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə TÜRSAB-ın rəhbəri Başaran Ulusoy, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov və Azərbaycan Sağlamlıq və Termal Turizmnin dəstək Assosiasiyasının sədri Ruslan Quliyev iştirak ediblər. Tədbir çərçivəsində TÜRSAB və Azərbaycan Turizm Assosiasiyası arasında əməkdaşlıq protokolu imzalanıb.

Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Türkiyə və Azərbaycan turizm sənayesi arasında turizm sahəsində ilk toplantının keçirildiyini vurğulamış və turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafına verdiyi dəstəyə görə TÜRSAB-ın rəhbəri Başaran Ulusoya minnətdarlığını bildirib.

Məlumat üçün bildiririk ki, tədbirin açılışında Azərbaycanın turizm imkanlarının əks etdirən video çarx nümayiş olunub.

Daha sonra Türkiyə və Azərbaycanın turizm şirkətləri və mehmanxana nümayəndələri arasında işgüzar görüşlər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə