Hazırda yad planetlilərdən çox danışılır. Ancaq onlar kimdir, məqsədi və məramı nədən ibarət olduğu haqda heç kim elmi izah verə bilmir. Bununla bağlı astroloq Firudin Qurbansoy SİA-ya məlumat verib. Bildirib ki, başqa planetdə yaşayan canlılar bizdən fərqlidirlər: "Yad planetlilərin yer planetinə gəlməsi mövcuddur. Ancaq onların görünüşü haqda heç bir təsəvvürüm yoxdur. Düşünürəm ki, nə vaxtsa onlar haqda tam dəqiq bir fakt ortaya çıxacaq".
Astroloq Səbuhi Rəhimli: "Əslində yad planetliləri görməsəm də onların varlığına inanmaq olar. Qədim kitablarda, Qurani-Kərimdə də başqa dünyalara səyahət haqqında qeydlər var. Ona görə də hesab edirəm ki, bu cür varlıqlar mövcuddur. Hətta Hindistanda qazıntı zamanı eramızdan neçə min il əvvəl metal formalı əşya tapılıb. İndiki elm onun dəqiq izahını verə bilmir. Misir ehramlarının da insan əli ilə tikildiyi deyilsə də onu daha çox yad planetlilər ilə bağlayırlar. Onu da deyim ki, norveçli alim Tur Heyerdal Qobustanda araşdırma aparan zaman dünyanın mərkəzinin bura olduğunu və insanların buradan yayıldığını söyləmişdi. Bütün deyimlər ona əsaslanır ki, yad planetlilər var. Dinimizdə deyilir ki, 18 min aləm var. Ancaq onların böyük-kiçikliyi, birayaqlı-iki ayaqlı olmasını haqqında dəqiq danışmaq olmaz. Nasada qəzaya uğramış yadplanetli uçan boşqablar var. Onlar fakt kimi saxlanılır. Bir müddət onu mətbuata buraxdılar. Daha sonra Pentaqon onun sirrinin açılmaması üçün qəti qadağan etdi. Hazırda mobil telefonlar, komputerlər, bir sözlə bunların hamısı vurulmuş və ya qəzaya uğramış gəminin içərisindəki detallarını araşdırarkən elmə əlavə olunaraq ixtira edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə