Finalda 11 ifaçı mübarizə aparacaq

"Eurovision-2015" mahnı yarışması üzrə Norveç milli seçiminin (Music Grand Prix 2015) finalında 11 ifaçı mübarizə aparacaq. SİA-nın verdiyi məlumata görə, Norveçin NRK teleradioyayım şirkəti martın 14-də keçiriləcək finalda iştirak edəcək ifaçıların adlarını açıqlayıb. Onların sırasında əvvəlki illərdə ölkəni bu yarışmada təmsil etmiş ifaçılar da var.

Qeyd edək ki, Avstriyanın Vyana şəhərində təşkil ediləcək "Eurovision-2015" mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19-da və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə