Dünyanın nüfuzlu mehmanxana bronlaşdırılması portalı olan www.booking.com tərəfindən "Şahdağ" turizm kompleksinə aid "Shahdag hotel and SPA" mehmanxanası 2014-cü ilin yekunlarına dair "Mükəmməllik Mükafatı"na layiq görülüb. SİA-nın verdiyi məlumata görə, portal tərəfindən hər il müxtəlif sorğular əsasında qonaqların rəyi nəticəsində belə mükafatlar təqdim olunur və bu il mükafatçılar sırasında "Shahdag hotel and SPA" mehmanxanasının da olması təqdirəlayiqdir.
Qeyd edək ki, www.booking.com saytı 212 ölkədən 591.628 mehmanxana və mehmanxana tipli obyekti təqdim edir və hər gün bu sayt vasitəsilə 750.000 otaq satılır. Həmçinin bildiririk ki, saytın 40 dildə versiyası mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB