Rusiya Federasiyasının Kazan şəhərində keçirilmiş TÜRKSOY Daimi Şurasının XXXII iclasının Qərarı əsasında Türkmənistanın Marı şəhəri 2015-ci ilin Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub. SİA-nın verdiyi məlumata görə, bununla əlaqədar 27 yanvar tarixində Marı şəhərində İlin açılış mərasimi keçiriləcək. Tədbir çərçivəsində estrada, folklor və türk xalqlarının rəqs ansambllarının konserti, eyni zamanda TÜRKSOY-a üzv ölkələrin mədəniyyət və turizm imkanlarının təşviq olunması və tanıdılması məqsədilə təsviri və dekorativ sənət ustalarının, həmçinin fotoqrafların əsərlərinin sərgisi təşkil ediləcək.
Qeyd edək ki, Azərbaycanı adıçəkilən tədbirdə Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, "Cəngi" estrada folklor ansamblı və əl sənətkarlarından ibarət nümayəndə heyəti təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB