"Qərbi Azərbaycandakı tarixi abidələrimizin, memarlıq nümunələrimizin olmadığı barədə Ermənistan beynəlxalq mədəniyyət üzrə təşkilatlara məktublar ünvanlayır. Lakin buna baxmayaraq Azərbaycanın düzgün siyasəti nəticəsində onların yalanları ifşa olunur". Bunu SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov söyləyib.
C.Bəhramov bildirib ki, Ermənistanda olan həmin Qərbi Azərbaycan torpaqlarındakı Azərbaycan abidələri Tarix İnstitutu, tədqiqatçılar tərəfindən araşdırılır: "Ermənilər tərəfindən təqdim olunan materiallar uydurmadan başqa bir şey deyil. Çünki onlar 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin bağışlanılmaz səhvi olan İrəvan quberniyasının Ermənistana verilməsi ilə düşmən bizə məxsus bütün abidələri məhv etməyə başladı. 1924-cü ildən sonra bu daha geniş vüsət almağa başlayır. Nəhayət 1936-cı ildə bütün Azərbaycan toponimləri dəyişdirilir. İrəvan şəhərinin əsas qalası olan Sərdarabad qalasının, orada olan 12-yə qədər məscidin məhv edilməsi, Azərbaycan məhəllələrinin adlarının dəyişdirilməsi bütün bunların hamısı tarixi həqiqətdir və onlar bundan qaça bilməzlər. Hazırda bizim əlimizdə sənədlər var ki, "İrəvan xanlığı Rusiyanın işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" adlı monoqrafiya da dövlət mükafatına layiq görülüb. Nazim Mustafanın "İrəvan şəhərinin tarixi" adlı kitabında, Əziz Ələkbərlinin əsərlərində bu öz əksini tapıb. Onların belə bir iddia ilə çıxış etməsinin heç bir əsası yoxdur. Onu da deyim ki, keçən ilin noyabrında dissertasiya şurasında işğal olunmuş "Azərbaycan ərazilərində erməni vandalizmi" adlı əsərdə də onların törətdiyi cinayətlərdən bəhs olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB