“Sözün Zəlimxan zirvəsi”

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun bu gün 65 yaşı tamam olur. SİA-nın verdiyi məlumata görə, anadan olmasının 65 illik yubileyi ərəfəsində şair haqqında yeni kitab işıq üzü görüb.

"Vətən" nəşriyyatında çap olunan "Sözün Zəlimxan zirvəsi" adlı kitabın müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğludur. Giriş və on üç bölmədən ibarət olan monoqrafiyada xalq şairinin yaradıcılığı müxtəlif aspektlərdən təhlil olunur.

Kitabın redaktoru və "Ön söz"ün müəllifi filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevdir.

Qeyd edək ki, kitabı Azərbaycan Yazıçılar Birliyinin "aybKitab" mağazasından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə