Azərbaycan Yazıçılar Birliyində 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar tədbir keçirilib. Yazıçılar Birliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar 20 Yanvar hadisələrini xalqımızın tarixində, taleyində ən faciəli günlərdən biri kimi xatırlayıb.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca 20 Yanvar hadisəsinin matəm günü olaraq anılmasından, bu tarixi hadisənin Azərbaycan milli azadlıq hərəkatının təməlini qoymasından, tariximizdə yeni bir səhifənin başlanğıcı olmasından söz açıb.
Digər natiqlər də çıxışlarında xalqımızın mərd övladları ilə hər zaman qürur duyacağını, 20 Yanvar faciəsinin gənclərin yaddaşında silinməz iz olaraq qalacağını diqqətə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB