Badamdar qəsəbə Mədəniyyət evinin kollektivi Səbail rayon MKS-in 6 saylı filialının kollektivi ilə birlikdə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar "Haqqın dərgahına qalxdı şəhidlər!" adlı ədəbi-bədii kompozisiya təqdim edilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə 236 və 239 saylı tam orta məktəblərin müəllim və şagird kollektivi, Səbail rayon MKS-in işçiləri, şəhid anası Sədəf Köçərli iştirak ediblər.
İlk öncə Badamdar qəsəbə Mədəniyyət evinin poeziya dərnəyinin üzvlərinin ifasında şəhidlərimizin ruhuna həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub və şagirdlərə 20 Yanvar faciəsi haqqında video görüntülər təqdim edilib.
Sonra 239 saylı orta məktəbin müəllimi Fərqanə Babayeva mövzu ilə əlaqədar məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi beş il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB