Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış rejissor, aktyor və ssenarist Hafiz Fətullayev vəfat edib. SİA-nın verdiyi məlumata görə, rejissor uzun sürən xəstəlikdən sonra 70 yaşında dünyasını dəyişib.
Nəzərinizə çatdıraq ki, mərhum Hafiz Fətullayev dünən Maştağa qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Hafiz Fətullayev 1944-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. 1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor kimi fəaliyyət göstərib. "Qırmızı qatar", "Müqəddəs oda yanaram" filmlərinin quruluşçu rejissoru olub. "Mücrü" filmində və "Fatehlərin divanı" televiziya tamaşasında aktyor kimi çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB