Mədəniyyət və Turizm Nazirliyinin "Azanfilm" cizgi filmləri studiyası tərəfindən 2014-cü ildə "Ən güclü kimdir?" və "Köhnə mismar" adlı yeni cizgi filmləri çəkilib. SİA-nın verdiyi məlumata görə, həmçinin "Gəlin, birgə öyrənək" animasiya filmləri layihəsinin həyata keçirilməsi qərara alınıb.
Kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulan layihəyə "Rənglər" və iki seriyadan ibarət "Mən saymağı öyrənirəm" animasiya filmlərinin istehsalı daxildir. "Rənglər" musiqili animasiya filmi artıq istehsal olunaraq kiçik yaşlı tamaşaçıların ixtiyarına verilib.
Qeyd edək ki, "Mən saymağı öyrənirəm" filminin çəkilişləri isə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB