Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli teatr xadimi, Dövlət mükafatı laureatı, xalq artisti Leyla Bədirbəylinin 95 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın verdiyi məlumata görə, yubiley tədbirində unudulmaz sənətkarın çəkildiyi kino-filmlərdən fraqmentlər nümayiş etdiriləcək, elm, mədəniyyət, incəsənət xadimlərinin aktrisa ilə bağlı xatirələri dinləniləcək.
Qeyd edək ki, yubiley tədbiri yanvarın 30-da Binəqədi Mərkəzi Mədəniyyət evində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB