Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar filmlər nümayiş edilib FOTOLAR

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar filmlər nümayiş edilib FOTOLAR

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli fılmlərin nümayişi davam edir. SİA-nın verdiyi məlumata görə, Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin iyirimi beşinci ildönümü ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin nümayişi keçirilir.

Milli Qəhrəmanlar haqqında çəkilmiş "Mübarizlik Zirvəsi", "Adına yaraşan oğul" və ""Gültəkin" sənədli filmləri nümayiş edilib. Filmlərə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının tələbələri və Nizami rayonu 1№-li Uşaq evinin şagirdləri baxıblar.

Qeyd edək ki, Nizami Kino Mərkəzində sənədli filmlərin nümayişi yanvarın 21-nə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə