Azərbaycanın xalq artisti Alim Qasımov yanvarın 21-də Hindistanın Jaypur şəhərində keçiriləcək beynəlxalq "Jaipur" ədəbi festivalında geniş konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi məlumata görə, konsertdə xanəndə, qızı əməkdar artist Fərqanə Qasımova ilə eyni səhnəni bölüşəcək. Belə ki, festivalda Alim Qasımov və Fərqanə Qasımova tamaşaçılara bir-birindən gözəl muğamlarımızı və xalq mahnılarını təqdim edəcəklər.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya, İslandiya, Hindistan, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələri təmsil edən musiqiçilərinin iştirak edəcəkləri festivalda Azərbaycan muğam cütlüyünü Rafael İsgəndərov (balaban), Rauf İslamov (kamança), Zəki Vəliyev (tar) müşayiət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB