Bu gün İ.Əbilov adına Mədəniyyət Mərkəzi Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbiri ilk öncə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru fəlsəfə elmləri namizədi Ramazan Şabanov açıq elan edib və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə qonaqlar məruzə ilə çıxış edərək, bildiriblər ki, o dəhşətli gecədən 25 il keçməsinə baxmayaraq, xalqımız 20 Yanvar faciəsinin ağrılarını hələ də unutmayıb.
Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov da o qanlı faciədən olan xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbir zamanı İ.Əbilov adına Mədəniyyət Mərkəzinin "Vurğun" poeziya teatrının ifasında "Ağla, qərənfil ağla" ədəbi-bədii kompozisiya təqdim edilib, Almaz İldırım, B.Vahabzadə, M.Araz, Z.Yaqubun şeirlərindən və şifahi xalq ədəbiyyatı bayatılarından parçalar səslənib.
Sonda Təyyar Əliyevin ifasında Əliağa Vahidin qəzəli ilə "Zəminxarə" muğamından bir parça səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB